Saray qəsəbəsində avtomobil piyadanı vurub. Sumqayıt24 bu haqda bu gün, 19 fevral tarixində Report-a istinadən xəbər verir.
Məlumata əsasən, hadisə 19 yaşlı Arzu Kərimova yolu keçmək istəyərkən baş verib. Müxtəlif dərəcəli xəsarətlər alan gənc xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.