Saray qəsəbəsinin sakinləri yaşadıqları ərazidə apteklərin olmamasından narazıdırlar. Bu məsələ ilə bağlı onlar Sumqayıt24-ə müraciət ediblər.
Sakinlərin sözlərinə görə, Heydər Əliyev və General Məhəmməd Əsədov küçələrində yalnız 1 aptek var. Həmin aptek qəsəbənin Sumqayıt tərəfdən girişində, binanın altında (“Araz” marketin yanı) yerləşir. Bu səbəbdən, minlərlə vətəndaş dərman almaq üçün bura gəlməli olur.
Əldə etdiyimiz məlumata əsasən, bir müddət əvvəl Heydər Əliyev küçəsində “Yaşıl” aptek mövcud olsa da, hazırda onun yerində market fəaliyyət göstərir.