Saray qəsəbəsi, “Saray-H MTK”-nın önündə avtoqəza qeydə alınıb. Bu barədə 2 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Şahidlərin sözlərinə görə, “Mercedes” markalı avtomobil önü ilə hərəkət edən və dönmə manevrini həyata keçirən “Lada”ya çarpılıb. Qəza zamanı xəsarət alan olmayıb. Yolboyu tıxac yaranıb.
Qeyd edək ki, bu ərazidə tez-tez yol-nəqliyyat hadisələri baş verir.