Qida Təhlükəsizliyi Agentliyi (AQTA) monitorinqlər keçirib. Sumqayıt24 bu haqda 2 fevral tarixində xəbər verir.
AQTA-nın əməkdaşları tərəfindən Saray qəsəbəsində yerləşən "Promart" MMC marketdə nöqsanlar tapılıb. Qanun pozuntuları “sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı” ilə bağlı olub.
Faktla bağlı inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib.