G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Saray qəsəbəsində ticarət obyektləri yoxlanılıb. Bu barədə 18 yanvar tarixində Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər veririk.
Nəticədə "Sənan" marketdə aşağıdakı qayda pozuntuları aşkarlanıb:
- Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması;
- Azərbaycan dilində markalanması olmayan məhsulların satışı;
- Ev şəraitində hazırlanan məhsulların satışı.
Nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.