Sosial Xidmətlər Agentliyi tender elan edir. Sumqayıt24 bu haqda 18 noyabr tarixində Fed.az-a istinadən xəbər verir.
Müsabiqə “Hazır yemək xidmətinin satın alınması” üzrədir. Saray qəsəbəsində 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə 62.050 ədad yeməyin satın alınması planlaşdırılır.
Tenderdə iştirak üçün 1500 manat tələb olunur. Tələb olunan sənədlər dekabrın 8-dək, tender təklifləri isə ayın 16-dək təqdim edilməlidir. Zərflər dekabrın 19-da açılacaq.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965, "Çinar Park" Biznes Mərkəzi, bina 1, mərtəbə 2.