Xırdalan–Saray yolunda qəza olub. Sumqayıt24 bu haqda 27 fevral tarixində Oxu.az-a istinadən xəbər verir.
Hadisə 26 fevral gecə saatlarında baş verib. “Toyota Land Cruiser” markalı minik avtomobili yol kənarındakı dəmir maneəyə çarpılıb. Maşına ciddi ziyan dəyib. Nəqliyyatın hərəkəti çətinləşib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları dərhal əraziyə cəlb olunublar.