Sarayda kişi sükan arxasında ölüb. Bu haqda 11 fevral tarixində Sumqayıt24 xəbər verir.
Hadisə bir neçə saat əvvəl “Saray körpüsü”nün üstündə baş verib. Hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, 54 yaşlı Orxan Mikayılzadə qəflətən özünü pis hiss edib və sükan arxasında dünyasını dəyişib. Digər qəza iştirakçılarının vəziyyəti haqda məlumat yoxdur.
Qeyd edək ki, qəza səbəbindən Sülh küçəsində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.