Saray qəsəbəsi, Muxtar Abbasov küçəsində yerləşən fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb.
Report.az-ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib. 5 otaqdan ibarət olan evin tamamilə yanaraq külə döndüyü bildirilir. Yanğının səbəbləri araşdırılır.