Saray qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 23 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə saat 12:00 radələrində Heydər Əliyev küçəsində qeydə alınıb. Hərəkətdə olan “Toyota Prius” markalı avtomobil park edilmiş “Kia Sorento” markalı maşına çarpılıb. Məlumata görə, qəza zamanı 2 sərnişin yüngül xəsarət alıb.
Əraziyə polis əməkdaşları cəlb olunublar.