Saray qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Sumqayit24.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, araşdırmalarla yanğının 33 yaşlı Loğman Köçərli tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.
Hadisə nəticəsində quru ot və kol-kos yanıb.
Əməli törədən L.Köçərli saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.