Saray qəsəbəsində yol genişləndiriləcək.
Sumqayit24.az xəbər verir ki, işlər körpü açıldıqdan sonra başlayacaq. Piyadaların və nəqliyyatın hərəkətinin rahatlığını təmin etmək məqsədilə əvvəlki yol infrastrukturu körpüyə uyğunlaşdırılacaq. Bununla bağlı qərara alınıb ki, yaxın günlərdə Məhəmməd Əsədov küçəsinin genişləndirilməsi ilə bağlı yeni layihə hazırlansın və icrasına başlanılsın.
Qeyd edək ki, Sumqayıt-Saray körpüsündə tikinti işlərinin vaxtında tamamlanması üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub.