Sumqayıtda saxta əsginaslardan istifadə edən şəxs saxlanılıb. Bu haqda bu gün, 28 fevral tarixində Report-a istinadən xəbər veririk.
Məlumata əsasən, hadisə 18 fevral Corat qəsəbəsi ərazisində yerləşən poçt şöbəsində qeydə alınıb. Buraya gələn bir nəfər 20 ədəd 50 ABŞ dollarlıq saxta əsginaslar təqdim edib.
Keçirilən tədbirlər nəticəsində Abşeron rayon sakini, C. İsayev şübhəli şəxs qismində saxlanılıb. O, bu əməli törədən zaman Bakı şəhər sakini olan bir nəfərin şəxsiyyət vəsiqəsindən istifadə etmişdir.
Faktla bağlı araşdırma aparılır.