“Azəriqaz” İB smart-kartlarla bağlı sakinlərə müraciət edib. Bu haqda bu gün, 16 iyun tarixində Sumqayıt24 xəbər verir.
Şəhər ərazisində dəyişdirilən mexaniki sayğaclar əvəzinə smart tipli qurğular quraşdırılır. Sayğacları aktivləşdirmək üçün abonentlər “ASAN xidmət” mərkəzlərinə müraciət edərək ödənişsiz smart-kartı təhvil almalıdırlar.
“ASAN xidmət” mərkəzlərinə yaxınlaşan zaman abonentin üzərində aşağıdakı sənədlərin olması mütləqdir:
- Şəxsiyyət vəsiqəsi;
- Forma 1, 2 adlanan quraşdırılma aktı (sayğac əvəz olunarkən mühəndis tərəfindən verilən sənəd);
- Qazın alqı-satqı müqaviləsi.