Sumqayıt Dövlət Universitetində beşinci debat-natiqlik turniri keçirilib. Sumqayıt24 bu barədə 12 dekabr tarixində xəbər verir.
“Şuşa İli”nə həsr olunmuş turnir “Dövlətlərarası münasibətlərin tənzimlənməsində təşkilatlar mühüm rol oynayır” mövzusuna həsr edilib.
SDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Tayfun Hacılı iştirakçıları salamlayaraq debat oyunlarının əhəmiyyətindən, debatın gənclərin inkişafındakı rolundan bəhs edərək komandalara uğurlar arzulayıb.
Yarışı universitetimizin tələbələrindən ibarət hakimlərlə yanaşı, Debat Vətəndaş Cəmiyyətinin hakimləri idarə ediblər. Final mərhələsində Tarix və coğrafiya fakültəsinin “İstiqlal” və Filologiya fakültəsinin “Daşaltı” komandaları qarşılaşıblar.
Debat Forumunda 26 komanda iştirak edib. Qalib komanda növbəti həftə müəyyən olunacaq.