Sumqayıtda “Dövlətlərarası münasibətlərin tənzimlənməsində təşkilatlar mühüm rol oynayır” mövzusunda beşinci debat-natiqlik turniri keçirilib. Sumqayıt24 bu barədə 21 dekabr tarixində xəbər verir.
“Şuşa İli”nə həsr olunmuş tədbir Sumqayıt Dövlət Universitetində baş tutub. Çıxış edən THİK-nın sədri Tayfun Hacılı iştirakçıları salamlayaraq debat oyunlarının əhəmiyyətindən bəhs edib. Yarışı universitetimizin tələbələrindən ibarət hakimlərlə yanaşı, Debat Vətəndaş Cəmiyyətinin hakimləri idarə ediblər. Final mərhələsində Tarix və coğrafiya fakültəsinin “İstiqlal”, Filologiya fakültəsinin “Daşaltı” komandaları qarşılaşıblar.
Qeyd edək ki, Debat Forumunda 26 komanda iştirak edib.