“Azərbaycan və Türkiyənin iqtisadi əməkdaşlığının strateji istiqamətləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilir. Bu haqda bu gün, 26 may tarixində SDU-ya istinadən xəbər veririk.
Tədbir Sumqayıt Dövlət Universiteti və Yıldız Texniki Universitetinin birgə təşkilatçılığı ilə onlayn formatda keçirilib. Konfransda Milli Məclisin üzvləri Əli Məsimli, Vüqar Bayramov, Siegen Universiteti (Almaniya) və SRH-NRW Tətbiqi Elmlər Universitetinin professoru Müslüm İbrahimov, respublikamızın elmi-tədqiqat institutlarından, ali məktəblərindən və dünyanın bir çox ölkələrindən - Türkiyədən, Rusiyadan, Qazaxıstandan və Çin Xalq Respublikasından bir qrup iqtisadçı alim iştirak ediblər.
Konfrans öz işini 8 bölmə üzrə iki gün ərzində davam etdirəcəkdir.