Sumqayıt Dövlət Universitetində dərslərin başlamasına az müddət qaldığı üçün dezinfeksiya işləri aparılır. Bu haqda universitetin saytına istinadən xəbər veririk.
Koronavirusa qarşı dezinfeksiya tədbirləri təhsil müəssisəsinin dəhlizlərində, auditoriya və laboratoriyalarında, mərkəzlərində, ictimai-iaşə obyektlərində və sanitar qovşaqlarında aparılıb. İşlər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən görülüb.
Bundan əlavə, dəhlizlərdə xüsusi dezinfeksiyaedici aparatlar da quraşdırılıb