Sumqayıt Dövlət Universitetində (SDU) Erasmus+ “Jean Monnet” layihələrinin yazılması ilə bağlı infosessiya keçirilib. Bu haqda 14 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən tədbirin məqsədi əməkdaşlara Erasmus+ “Jean Monnet” layihələrinin yazılması, prioritet mövzuların və modulun seçilməsi barədə məlumat verməkdən ibarətdir.
Təqdimatla çıxış edən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva “Jean Monnet Module”, “Jean Monnet Chair” və “Jean Monnet Centre of Excellence” barədə ətraflı danışıb.
Bütün fakültələrdən professor-müəllim heyətinin iştirak etdiyi infosessiya sual-cavabla başa çatıb.
Qeyd edək ki, Avropa İttifaqı 2024-cü il üçün Erasmus+ çağırışlarını açıq elan edib. Layihələrin təqdim edilməsi üçün son tarix 1 fevral 2024-cü ildir.