Sumqayıt Dövlət Universitetində sorğu keçirilib. Bu barədə Sumqayıt24 xəbər verir.
Ümumilikdə 1700 əməkdaş və tələbə universitetin ictimaiyyəti məlumatlandırma fəaliyyətini qiymətləndiriblər. Məlum olub ki əməkdaşların 84%-i təhsil ocağı haqda məlumatları rəsmi saytdan (sdu.edu.az), tələbələrin 49,3%-i isə universitetin sosial şəbəkə hesablarından əldə edirlər.
Əməkdaşların 49,2 %-i rəsmi saytın fəaliyyətini “əla”, tələbələrin 50,8%-i isə “yaxşı” qiymətləndirib. Əməkdaşların 49,2%-i və tələbələrin 49,4 %-i universitetin rəsmi sosial şəbəkə hesablarının fəaliyyətini “yaxşı” qiymətləndiriblər.
Universitetin rəsmi saytında format yenilənməsindən sonra məlumatların əlçatanlığı əməkdaşların 89,3 %-ni, tələbələrin isə 77,2 %-ini tam qane edir. Təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı məlumatların əldə edilməsi və sorğuların cavablandırılmasının operativliyindən əməkdaşların 89,3 %-i, tələbələrin isə 80,8 %-i tam razıdır.
Qeyd edək ki, aparılmış sorğu çərçivəsində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində rəy və təkliflər dəyərləndiriləcək.