Sumqayıt Dövlət Universiteti ilə Çin Xalq Respublikasının Heksi Universiteti əməkdaşlığa başlayıb. Sumqayıt24 bu haqda 14 iyul tarixində Sdu.edu.az-a istinadən xəbər verir.
Məlumata əsasən, ali təhsil müəssisələri arasında bununla bağlı onlayn müqavilə imzalanıb. Çıxış edən Heksi Universitetinin rektoru Jang Hani akademik imkanlar, dünyanın müxtəlif təhsil və elm ocaqları ilə birlikdə həyata keçirilən layihələr və proqramlardan bəhs edib.
Daha sonra, SDU-nun rektoru professor Elxan Hüseynov beynəlxalq əlaqələrdən danışıb. O, imzalanan müqavilənin əməkdaşlığa təkan verəcəyini vurğulayıb.
Sonda isə, SDU-da “Konfutsi İnstitutu”nun (məktəbin) yaradılması da müzakirə olunub.