SDU-da "Ailədaxili münaqişələr, məişət zorakılığı dövlət və cəmiyyətin ortaq problemidir” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu haqda bu gün, 31 may tarixində universitetin saytına istiadən xəbər veririk.
Tədbir iştirakçıları məişət zorakılığının müəyyən formaları haqda müzakirə aparıblar. Fiziki, cinsi şiddət, psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunan zorakılığın fəsadlarından biri ruhi travma almış uşaqlardır. Bundan əlavə, erkən nikahla mübarizədə ciddi ictimai qınaq və sərt cəza tədbirləri həyata keçirilməlidir.
Sonra məişət zorakılığı mövzusunda videoçarx nümayiş olunub, mövzu ətrafında müzakirələr aparılıb.