Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar SDU-da seminar təşkil olunub. Bu haqda bu gün, 1 iyul tarixində universitetin saytına istinadən xəbər veririk.
“Mən öz gələcəyimi seçirəm” mövzusunda keçirilən seminarda narkomaniya və onun törətdiyi fəsadlar haqda müzakirələr aparılıb. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov, Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının müdiri Tahir Xəlilov və kafedranın baş müəllimi Gülnarə Ələkbərli tədbir iştirakçılarına narkotiklərin cəmiyyət üçün törətdiyi zərərli təsirindən ətraflı məlumat veriblər.
Sonda tələbələri maraqlandıran sullar cavablandırılıb