Sumqayıt Dövlət Universitetində “Müasir dövrdə gənclərin inkişafına təsir edən amillər” adlı tədbir keçirilib. Bu haqda bu gün, 21 may tarixində Sumqayıt24 universitetin saytına istinadən xəbər verir.
Filologiya fakültəsinin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı keçirilən tədbir onlayn formatda baş tutub. Təlimdə “Ailə münaqişələrinin uşaqlarda yaratdığı travmalar”, “Kütləvi kommunikasiyanın yaratdığı mavi işiğın psixoloji təsiri”, “Gənclik yaş dövrünün özünütəyin mərhələsinin psixoloji çətinlikləri” mövzularında çıxış ediblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.