Sumqayıt Dövlət Universitetində “İnsan-kompüter qarşılıqlı münasibətlərin psixoloji aspektləri” mövzusunda təqdimat keçirilib. Bu barədə Sumqayıt24 26 dekabr tarixində məlumat verir.
Mühəndislik fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə mövzunun əhəmiyyətindən danışılıb. İnformasiya-kommunikasiya texnologiyalarının təhsildə rolu barədə ətraflı məlumat verilib. Ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığını bildirən dekan müavini təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayıb. Sonra iştirakçıların çoxsaylı sualları məruzəçi tərəfindən ətraflı cavablandırılıb.