Sumqayıt Dövlət Universitetində “Şuşa-270” adlı elmi-praktik konfrans keçirilib. Bu barədə 28 dekabr tarixində Sumqayıt24 xəbər verir.
“Şuşa İli”nə həsr olunmuş tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə açaraq Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov tədbirin önəmindən bəhs edib. Bildirilib ki, Şuşa günü-gündən inkişaf edir, tarixi əzəmətini bərpa edir və sürətlə işğaldan əvvəlki xoşbəxt çağlarına qovuşmağa çalışır. Şuşanın ən böyük sevinci isə illərdir həsrətini çəkdiyi doğma sakinlərinə yenidən qovuşmasıdır. Bənzərsiz tarixi görkəmini həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməsinə silinməz səhifələr yazmışdır.