Sumqayıt Dövlət Universitetində (SDU) əməkdaşlar arasında keçirilən idman yarışları başa çatıb.
Sumqayit24.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar baş tutan yarış 3 gün davam edib.
SDU-nun və Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarının birgə iştirak etdiyi yarışlarda əməkdaşlar şahmat, dama və stolüstü tennis üzrə güclərini sınayıblar.
Ümumi nəticəyə görə şahmat üzrə 1-ci yerə Riyaziyyat, 2-ci yerə Filologiya, 3-cü yerə isə Tarix və coğrafiya fakültələrinin əməkdaşları, dama üzrə 1-ci yerə Təbiət elmləri, 2-ci yerə Mühəndislik, 3-cü yerə İqtisadiyyat, stolüstü tennis üzrə isə 1-ci yerə Şöbələr, 2-ci yerə Təbiət elmləri, 3-cü yerə isə Mühəndislik fakültəsi layiq görülüblər.