Çinin Hebei Universitetinin nümayəndə heyəti Sumqayıt Dövlət Universitetinə (SDU) işgüzar səfər edib. Bu haqda 23 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Görüşü SDU-nun rektoru Rüfət Əzizov açaraq qonaqları salamlayıb.
Qonaqlara universitetin geniş tədris imkanları və zəngin maddi-texniki bazasını nümayiş etdirən ətraflı videotəqdimat göstərilib. Daha sonra iştirakçılar Heydər Əliyev Mərkəzi, açıq səma altında yerləşən muzey-poliqon ilə yaxından tanış olublar.
Tədbirdə SDU tələbələrinin istər Hökumətlərarası Təqaüd Proqramı (HTP), istərsə də Hebei Universitetinin təqdim etdiyi beynəlxalq təqaüd proqramlarında iştirakı və ikitərəfli əməkdaşlığın digər imkanları barədə geniş müzakirələr aparılıb.