Sumqayıt Dövlət Universitetinin (SDU) məzunu xaricdə təhsil alacaq. Sumqayıt24 bu haqda 13 yanvar tarixində xəbər verir.
Söhbət bakalavriatı SDU-nun Kimya və biologiya fakültəsi, magistraturanı isə Türkiyənin İstanbul Universitetinin Molekulyar biologiya və genetika ixtisası üzrə bitirmiş Toğrul Sadıxovdan gedir.
O, “universitetlər üzrə top 500”də yer alan xarici ali təhsil ocaqlarında “2019-2023 Dövlət Proqramı” çərçivəsində doktorantura səviyyəsində Təbiət ixtisası istiqaməti üzrə təhsil alacaq.
Qeyd edək ki, Toğrul Sadıxov, həmçinin doktorantura pilləsi üzrə Dövlət Proqramı təqaüdçüsü adını qazanıb.