Sumqayıt Dövlət Universitetində (SDU) ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar intellektual yarış keçirilib. Bu haqda Sumqayıt24 xəbər verir.
Tədbir Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən Mühəndislik fakültəsində təşkil edilib. Tələbələr 24 sual üzrə 2 mərhələli yarışda öz bilik və bacarıqlarını sınayıblar. Müxtəlif sahələrə aid məntiqi və dünyagörüşü xarakterli sualları ən yaxşı cavablandıran şəxslər diplomlarla mükafatlandırılıblar.
Nəticəyə əsasən, I yerə 652-ci qrup tələbəsi Absəməd Xəlilov, II yerə 651-ci qrup tələbəsi Zəka Vəliyev, III yerə isə 657-ci qrup tələbəsi Məhəmmədəli Babazadə layiq görülüblər.