SDU-nun əməkdaşı Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyasının tədbirinə qatılıb. Bu haqda bu gün, 4 iyun tarixində Sumqayıt24 xəbər verir.
Courtyard Marriott Hotel-də təşkil edilən görüşün əsas məqsədi Assosiasiya üzvlərinin bir-biri ilə təcrübələrini bölüşmək və şəbəkələşmə imkanlarına şərait yaratmaqdır. Tədbirdə Gürcüstan Respublikasının İlia Dövlət Universiteti, Qafqaz Universiteti, Biznes və Texnologiya Universiteti, Qara Dəniz Beynəlxalq Universiteti, Batumi Dövlət Universitetinin nümayəndələri ilə yanaşı, ADA Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası, Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Qərbi Kaspi Universitetinin nümayəndələri, həmçinin SDU-nun Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva iştirak ediblər.