Sumqayıt Dövlət Universitetinin (SDU) baş müəllimi vəfat edib. Bu haqda, bu gün 4 mart tarixində təhsil ocağının rəsmi saytına istinadən xəbər veririk.
Məlumata görə, həmin müəllim Əhmədağa Rzaquliyev Metrologiya və standartlaşdırma kafedrasının baş müəllimi vəzifəsini icra edirdi. O, 16 elmi məqalənin müəllifidir.
68 yaşlı baş müəllim təxminən, bir həftə əvvəl insult keçirdiyi üçün xəstəxanada müalicə alırdı. Həkimlərin səylərinə baxmayaraq o, həmin xəstəxanada dünyasını dəyişib.