SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup müəllim və tələbə heyəti Vətən müharibəsi şəhidinin xatirəsini yad edib. Sumqayıt24 bu barədə 11 noyabr tarixində Sumqayıt Dövlət Universitetinə istinadən xəbər verir.
Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup müəllim və tələbə heyəti fakültənin şəhid məzunu Rəşad Mikayılzadənin məzarını ziyarət edib. Şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar kollektiv 2-ci Fəxri xiyabanda şəhidin məzarı üzərinə gül çələngi qoyub.
Rəşad ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.