3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr edilmiş "Biz bir ailəyik - Biz qalibik" adlı tədbir keçirilib. Sumqayıt24 bu barədə 29 noyabr tarixində Sumqayıt Dövlət Universitetinə istinadən xəbər verir.
Tədbir çərçivəsində intellektual oyun təşkil olunub. Bilik yarışı 6 universitetin tələbələri və digər təşkilatların - əsasən, Əlillik sahəsinə yaxın təşkilatlar və eyni zamanda əlilliyi olan şəxslərin komandaları arasında keçirilib. SDU-nun komandası bu yarışda II yerə layiq görülərək medal və diplomlarla təltif edilib.