Sumqayıt Dövlət Universitetinin (SDU) əməkdaşları Beynəlxalq Tətbiqi Sosial Elmlər konfransında uğurla iştirak ediblər. Bu haqda bu gün, 14 mart tarixində SDU-ya istinadən xəbər veririk.
Məlumata əsasən, konfrans Türkiyənin İstanbul Gəlişim Üniversitetində (İGÜ) keçirilib. Tədbirdə SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup professor-müəllim heyəti iştirak edib. Konfransda iştirak etmiş bütün əməkdaşlara İstanbul Gəlişim Üniversitetinin sertifikatları verilib.
Qeyd edək ki, İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının dosenti, i.f.d. Lalə Vəliyeva konfransın Təşkilat komitəsi və Elm Şuralarına üzv təyin edilib.