SDU-nun bir qrup tələbəsi Xalq Təhsil muzeyinə ekskursiya edib. Sumqayıt24 bu barədə 3 noyabr tarixində Sumqayıt Dövlət Universitetinə istinadən xəbər verir.
SDU-nun 60 illik yubleyi ərəfəsində təşkil olunan ekskursiyada Tarix və coğrafiya fakültəsinin əməkdaşları, həmçinin tarix müəllimliyi, tarix və coğrafiya müəllimliyi ixtisaslarında təhsil alan bir qrup tələbə iştirak ediblər. Muzey bələdçisi bütün salonlardakı ekspozisiyalar barəsində müəllim-tələbə heyətinə ətraflı məlumat verib. Ekskursiya zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.