Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı “İlin təşkilatı” nominasiyasına layiq görülüb. Bu haqda SDU-nun rəsmi saytına istinadən xəbər veririk.
Şəhərimizin Tələbə Gənclər Təşkilatı ötən il ərzində ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllü fəaliyyətin təşkili və həyata keçirilməsində fəal iştirakına görə nominasiya alıb.