Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri asudə vaxtlarını səmərəli keçiriblər. Bu haqda 10 aprel tarixində Sumqayıt24 SDU-nun Tələbə Gənclər Təşkilatına istinadən xəbər verir.
Tələbələr mütəxəssislərin iştirakı ilə ayrı-ayrı mövzularda seminar, təlim, master klas və əyləncəli oyunlarda iştirak ediblər. "Hədəf 10%" proqramı çərçivəsində təşkil olunan təlimlər Sumqayıt Heydər Əliyev Mərkəzində keçirilib.
Bu cür layihənin keçirilməsində məqsəd tələbələrin sosiallaşması, netvorkinq bacarıqlarının inkişafıdır.