SDU-nun tələbələri bədii yaradıcılıq müsabiqə-festivalının qalibləri olublar. Bu haqda bu gün, 2 iyul tarixində universitetin saytına istinadən xəbər veririk.
Müsabiqə-festival Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub. Tədbirdə 28 ali təhsil müəssisəsini təmsil edən solo ifaçılar, həvəskar müğənnilər, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, həmçinin orkestr və ansambllar, rəqs kollektivləri iştirak ediblər.
SDU-nun təmsilçiləri “Səma” rəqs qrupunun bədii rəhbəri Gülnarə Abasova 3-cü, tələbə Aysel Mirzəli bədii qiraət nominasiyası üzrə 2-ci yerə, bir qrup tələbə isə fəal iştirakına görə diploma layiq görülüblər. Qaliblər diplom, Fəxri fərman və hədiyyələrlə təltif olunublar.