Sumqayıt Dövlət Universitetində (SDU) “Sağlam gələcək üçün zərərli vərdişlərə yox deyək!” adlı maarifləndirici tədbir keçirilib. Bu haqda 10 aprel tarixində Sumqayıt24 SDU-ya istinadən xəbər verir.
Tədbirdə ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Çıxış edənlər tələbələri sağlam həyat tərzi keçirməyə, kitablardan, filmlərdən, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, zərərli vərdişlərdən uzaq olmağa səsləndiriblər. Daha sonra dünyada tüğyan edən narkomaniya bəlasının dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olunub. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında diskussiya aparılıb.