Sumqayıt Dövlət Universitetində (SDU) təqaüd gecikmə ilə verilir. Bu haqda 16 mart tarixində Sumqayıt24 xəbər verir.
Tələbələr iddia edirlər ki, yanvar ayının təqaüdü yalnız dünən ödənilib.
“Hal-hazırda yanvar ayının təqaüdü verilib. Gecikmə universitetdən deyil, Elm və Təhsil Nazirliyindən asılıdır” - deyə ali təhsil müəssisəsi Sumqayıt24-ün sorğusuna cavab olaraq bildirib.
Bundan əvvəl bayramla əlaqədar sözügedən universitetin kollektivinə 200 manat məbləğində pul mükafatı verilməsi haqda məlumat vermişdik.