SDU-da akkreditasiya üzrə Təşkilat Komissiyasının iclası keçirilib. Sumqayıt24 bu barədə 7 dekabr tarixində xəbər verir.
Görüş Təşkilat Komissiyasının akademik və inzibati heyətləri arasında baş tutub. Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov 3-cü istiqamət üzrə meyarlar barədə müzakirələr aparıb. Filologiya fakültəsinin dekanı, dosent Sevinc Həmzəyeva mütəmadi yaranan suallara aydınlıq gətirilməsi və işi praktik şəkildə qurmaq məqsədilə hər bir meyar, indikatorları özündə ehtiva edən təqdimatın hazırlanmasını təklif edib.
Tədbirin sonunda SDU-nun Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri, baş müəllim Nərmin Həsənova sözügedən komissiyanın iclaslarının silsilə şəkildə davam edəcəyini bildirib.