Sumqayıt Dövlət Universitetində yeni sədr seçilib. Sumqayıt24 bu haqda bu gün, 28 aprel tarixində SDU-nun saytına istinadən xəbər verir.
Məlumata görə, Tələbə Həmkarlar İttifaqı Komitəsinin növbəti iclası baş tutub. İclas zamanı keçirilmiş seçki zamanı Mühəndislik fakültəsinin 1-ci kurs magistrantı Tayfun Hacılı komitənin yeni sədri seçilib.
Qeyd edək ki, burada Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, dosent Elmar Xəlilovla yanaşı şəhər Təhsil şöbəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Xudaverdi Əliyev də iştirak edib.