Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı (SDU TGT) seçkilər elan edir. Sumqayıt24 bu haqda 25 fevral tarixində xəbər verir.
Müsabiqə 15 nəfərdən ibarət İdarə Heyəti ilə bağlıdır. Müvafiq şərtləri ödəyən I,II,III kurs tələbələri müraciət edə bilərlər. Qeyd edək ki, seçkilərə sədr müavini, fakültə və klub sədri qatıla bilməzlər.
Martın 3-dək link vasitəsilə qeydiyyatdan keçmək mümkündür.