Sumqayıt Dövlət Universitetində (SDU) Mərkəzi Bankın təlimləri başlayıb. Sumqayıt24 bu haqda 22 fevral tarixində xəbər verir.
İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün Mərkəzi Bank, həmçinin Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı ilə təlim keçirilib. Burada tələbələrlə yanaşı, müəllimlər də iştirak ediblər.
Fakültənin dekanı dosent Aynurə Yəhyayeva təlimlərin 3 gün davam edəcəyini bildirib. Proqramın “Layihələrin idarə olunması” ilə başlayacağını, “İzafi borclanma: problemlər və tövsiyələr” və “Strateji idarəetmə” “Bankçılıq və rəqəmsal ödənişlər” və “Əmanətlərin sığortalanması” mövzuları ilə yekunlaşacağı qeyd olunub.
Təqdim olunan mövzular üzrə bank və hüquq mütəxəssisləri Vüsal Həsənov, Lamiyə Qaralova, Rauf Ağayev, Aliyə Əsədzadə, Xəyalə Məmmədova və Sevinc Əliverdiyevanın çıxışları nəzərdə tutulur.
Sonda fəal tələbələrə sertifikatlar veriləcək.