Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı “İntellektual oyunlar klubu”na namizədlik elan edir. Bu barədə 10 fevral tarixində Sumqayıt24 xəbər verir.
Klub sədri olmaq istəyən tələbələr öz namizədliyini irəli sürə bilərlər. TGT sədri və müəllim tərəfindən yoxlanılaraq müsahibə mərhələsindən uğurla keçən tələbə sədr seçiləcək.
Qeyd edək ki, tələbənin fəallığı, nizam-intizamı fakültə dekanı tərəfindən yoxlanılacaq.
Son qeydiyyat tarixi: 13.02.2023
Saat: 23:59