Nəsimi adına Mədəniyyət və İstirahət parkı və Şəhidlər Xiyabanında yaşıllaşdırma işləri aparılıb. Bu haqda bu gün, 18 aprel tarixində DünyaTV-ya istinadən xəbər veririk.
Məlumata əsasən, işlər Yaşıllaşdırma İdarəsi tərəfindən görülüb. Parkda 1.500 ədəd geran gülü kolu və 500 şam ağacı əkilib, Xiyaban ərazisində yaşıllıqlar salınıb. Mövcud olan ağaclara qulluq edilib.