top
Şəhid anası: Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır
23 mart 2026, 14:40
- +

Şəhid anası: "Onları yanımda görəndə elə bilirəm Rəvan da yanımdadır"

"Oğul itkisi çox ağırdır. Oğlum Rəvan Əliyev Vətən müharibəsində şəhid olandan sonra biz hər an dövlətin qayğısı ilə əhatə olunmuşuq və bunu daim hiss edirik. Təbii ki, bütün bunlar oğlum Rəvana görədir. Onları yanımda görəndə elə bilirəm ki, Rəvan da yanımdadır".

Bu sözləri Bizim.Media-ya Dövlət Sərhəd Xidmətinin Vətən müharibəsində şəhid olmuş xüsusi təyinatlı əsgəri Rəvan Əliyevin anası Mehriban Əliyeva deyib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə göstərilən xüsusi diqqət və yüksək hörmət hər zaman hiss olunur. Quba rayonunun Timiryazev qəsəbəsində yaşayan Mehriban Əliyeva bildirib ki, DSX-nin Vətən müharibəsində verdiyi 47 şəhidindən ikisi və bir təxribat nəticəsində şəhid olan hərbçi Quba rayonundandır – Şahin Allahyarov, Rəvan Əliyev və Fərid Alimov.

Şəhid anası qeyd edib ki, dövlətin diqqət və qayğısını bütün şəhid ailələri hiss edir:

"Elçin Quliyev özü bizim evdə olub. Elə bir bayram xatırlamıram ki, DSX-nin generalları və zabitləri bizə baş çəkməsin. 8 Mart, Novruz, Ramazan bayramlarında daim yanımızda olurlar. Elçin Quliyev dəfələrlə bildirib ki, hər zaman şəhid ailələrinin yanındadır."
 

Mehriban Əliyeva bu günlərdə Novruz və Ramazan bayramları münasibətilə DSX-nin şimal bölgəsində yerləşən hərbi hissələrdən birində təşkil olunan bayram tədbirindən də məmnunluqla danışıb. Onun sözlərinə görə, tədbirə Qubada yaşayan digər iki şəhid ailəsinin üzvləri ilə birlikdə dəvət olunublar.


O bildirib ki, oğlunun şəhid olmasından sonra şən musiqilərə qulaq asa bilməsə də, tədbirdə Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Mərkəzinin kollektivlərinin ifasında səslənən hərbi-vətənpərvərlik mahnılarını çox bəyənib:

"Biz orada böyük hörmətlə qarşılandıq. Dövlət və bayraq haqqında səslənən mahnılardan xüsusi zövq aldıq."

Qeyd edək ki, Rəvan Əliyev 27 may 2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olub. O, DSX-nin Vətən müharibəsi zamanı Zəngilan istiqamətində gedən döyüşlərdə birgə şəhid olan 7 hərbçidən biri olub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:30

Sumqayıt təhsilinə ağır itki

Bütün xəbərlər
Dünən, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
Dünən, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
Dünən, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
Dünən, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
Dünən, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
Dünən, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
Dünən, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:45

Saray marşrutudur, amma Saraya getmir - İDDİA - VİDEO

İdman
Dünən, 13:15

"Sumqayıt" almaniyalı ilə anlaşmaqdan İMTİNA ETDİ

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtdan Amerikaya uzanan 6 illik yol

Bütün xəbərlər
Dünən, 12:15

DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

Bütün xəbərlər
Dünən, 11:45

Sarayda canavar həyəcanı - Bələdiyyədən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:15

8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb

Bütün xəbərlər
Dünən, 10:45

Sumqayıtda gimnaziyanın rəhbəri TƏLTİF OLUNUB

Bütün xəbərlər
Dünən, 10:15

Çerkassı küçəsində asfaltlanma işləri davam etdirilir

İdman
Dünən, 09:52

"Sumqayıt"da iki futbolçu ətrafında MÜƏMMA YARANDI

Bütün xəbərlər
Dünən, 09:15

"Hər an kiminsə başına düşə bilər": Sumqayıtda binanın fasadında təhlükə

Oxşar xəbərlər