Sumqayıtda sürücü sükan arxasında ölüb. Sumqayıt24 bu haqda 23 fevral tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə Üzeyir Hacıbəyli küçəsində baş verib. Müəssisələrdən birinin servis avtobusunun sürücüsü, 62 yaşlı Xəlil Cavadovun ürəyi tutub və o, dünyasını dəyişib. Nəticədə maşın qəzaya uğrayıb.
Məlumata görə, X. Cavadov avtobusda tək olub. Araşdırma aparılır.