top
Sevgilisini döyən kişinin azadlığı məhdudlaşdırılıb
22 noyabr 2022, 07:10
- ↺ +

Sevgilisini döyən kişinin azadlığı məhdudlaşdırılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda kişi öz sevgilisini döyüb. Sumqayıt24 bu haqda 22 noyabr tarixində Oxu.az-a istinadən xəbər verir.

Cinayət işi üzrə təqsirləndirilən 30 yaşlı Qədir (ad şərtidir) ifadə verib. O bildirib ki, İradə (ad şərtidir) onun qeyri-rəsmi yaşadığı qadındır:

“Biz təxminən 1 ildir tanış olmuşuq, elə həmin müddətdən birlikdə qeyri-rəsmi ər-arvad kimi yaşamışıq. Aramızda tez-tez münaqişələr yaranıb. İradə məndən dəfələrlə polisə şikayət edib. Lakin sonra məni bağışlayıb”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, münaqişənin səbəbi qısqanclıq olub:

“Münaqişə zamanı İradənin hərəkətlərindən əsəbiləşdiyim üçün əl zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirdim. Lakin İradə barəmdə polisə şikayət etmədi”.

Lakin növbəti gün aralarında yenidən mübahisə yaranıb. İradə ona işsiz qalmasını irad tutub:

“Bu zaman münaqişəmiz dərinləşdi. Əsəbiləşdim və İradənin ayağından vuraraq yerə yıxdım, bədən nahiyələrinə bir neçə zərbə vurdum. İradə məndən şikayət edəcəyini bildirdi. Mən isə evdən getdim”.

Qədir törətdiyi əməldən peşman olduğunu, barışığa cəhd etdiyini və Vətən müharibəsi iştirakçısı olduğunu səbəb gətirərək, məhkəmədən yüngül cəza istəyib.

Zərərçəkmiş İradə ifadəsində, münaqişənin məişət problemlərinə görə yarandığı vurğulayıb:

“Qədirə irad bildirmişəm ki, bütün günü evdə oturur, özünə iş tapsın. Sözlərim onun xoşuna gəlmədi, bunu münaqişəyə çevirdi, bədənimin müxtəlif nahiyələrinə vurdu. Lakin həmin vaxt Qədirdən şikayətçi olmadım”.

Qadın qeyd edib ki, növbəti dəfə sözləri yenə çəp gəlib:

“Buna görə aramızda münaqişə yarandı. Qədir yenə məni döydü. Artıq bu kimi hərəkətlərdən bezdiyim üçün polisə şikayət etmək qərarına gəldim”.

Son olaraq, o, Qədirlə barışmaq istəmədiyini və şikayətçi olduğunu söyləyib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Qədir 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı evi tərk edə, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxa bilməz. Həmçinin elektron nəzarət vasitəsini gəzdirməli və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona qulluq etməlidir.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:40

Sumqayıt avtobusunda insident: 503 nömrəli marşrutda tüstülənmə - İDDİA

İdman
Dünən, 18:15

"Sumqayıt"ın futbolçusu Azərbaycan millisinin heyətində

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıtda sakinlər qaz problemi ilə üz-üzə

Bütün xəbərlər
Dünən, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
Dünən, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Dünən, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Dünən, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Dünən, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Dünən, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Dünən, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Dünən, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
08 noyabr 2026, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Oxşar xəbərlər